Qaradağda beşmərtəbəli bina yandı

 Qaradağda beşmərtəbəli bina yandı
  02 İyul 2023    Oxunub:955
Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.
Bu barədə AzVision.az - a FHN-dən bildirilib.

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti