FHN: Zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə məlumat daxil olmayıb

      FHN:    Zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə məlumat daxil olmayıb
  04 İyul 2023    Oxunub:1717
İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib. Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti