DİN: "Dağıntı, tələfatla bağlı məlumatlar əsassızdır"

      DİN:    "Dağıntı, tələfatla bağlı məlumatlar əsassızdır"
  04 İyul 2023    Oxunub:1235
Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti