Azərbaycanda növbəti zəlzələ gözlənilirmi?

   Azərbaycanda növbəti zəlzələ gözlənilirmi?
  04 İyul 2023    Oxunub:2298
"Azərbaycanda növbəti zəlzələnin olacağı ilə bağlı şayiələr yayılır. Nəzərə almaq lazımdır ki, ölkəmiz zəlzələ bölgəsində yerləşir. Təkanlar ola bilər. Lakin yaxın dövr üçün bu proqnozu vermək mümkün deyil".
AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli brifinqdə deyib. Onun sözlərinə görə, gecə baş verən zəlzələdən sonra 5-6 afterşok olub:

"Onlardan ən çox hiss olunanı 2,7 bal gücündə idi. Qırılma xətti boyunca yüngül 3 bal gücündə zəlzələ ola bilər. Lakin bu, əhəmiyyətsizdir".

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 65 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti