Qurban Yetirmişli: "İşinizdə və istirahətinizdə olun"

      Qurban Yetirmişli:    "İşinizdə və istirahətinizdə olun"
  04 İyul 2023    Oxunub:2057
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli əhaliyə müraciət edib.
AzVision.az -ın məlumatına görə, direktor vətəndaşları zəlzələ barədə tətəxribat xarakterli informasiyalara inanmamağa çağırıb.

"Rəsmi məlumatları izləyin. Zəlzələnin getməsi və qayıtması haqqında danışırlar. Hara gedir və qayıdır? Bunlar yalan informasiyadır. Hər kəsi işində və istirahətində olmağa çağırıram".

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 65 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bakı   Zəlzələ  



Xəbər lenti