Hazırda Qubada leysan yağır, sel gözlənilir

      Hazırda Qubada leysan yağır, sel gözlənilir
  04 İyul 2023    Oxunub:941
Hazırda Quba rayonunda leysan xarakterli yağış yağır.
Bunu AzVision.az -a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 4-də Quba rayonu ərazisində yağış buludları müşahidə olunur:

“Axşam saatlarında da yağıntının intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağışlarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir”.

AzVision.az



Teqlər:



Xəbər lenti