Mərkəzi Bankın sədri AYİB-in nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Bankın sədri AYİB-in nümayəndə heyəti ilə görüşüb
  04 İyul 2023    Oxunub:1006
"Bu gün Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük".
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “twitter“ hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı AYİB-in Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib.

“Görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə Taleh Kazımov vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti