Erməni təxribatı ilə üzləşən Alika: "Öz mədəniyyətimi göstərdim"

      Erməni təxribatı ilə üzləşən Alika:    "Öz mədəniyyətimi göstərdim"
  05 İyul 2023    Oxunub:1600
Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan idmançısı Alika Semixova açıqlama verib.
AzVision.az Baku TV-yə istinadən xəbər verir ki, idmançı hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Ermənistan idmançısının təxribatına əsl Azərbaycan xanımı kimi mədəniyyət nümayiş etdirib: “Ermənistan təmsilçisinə əsas vaxtda 2:0 hesabı ilə qalib gəldim. Erməni idmançının təxribatına baxmayaraq mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.



AzVision.az


Teqlər: İdmançı   Xanım  



Xəbər lenti