"Ağalı kəndinə köçənin evinə şəhid ailəsi yerləşdirilib" - Dövlət Komitəsi

   "Ağalı kəndinə köçənin evinə şəhid ailəsi yerləşdirilib" -    Dövlət Komitəsi
  05 İyul 2023    Oxunub:901
Zəngilan rayonunun Ağalı kəndinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Laçından olan şəhid ailəsi müvəqqəti yerləşdirilib.
Bu barədə AzVision.az -a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir.

AzVision.az


Teqlər:



Xəbər lenti