“Elza Seyidcahan digər AYB üzvlərindən əskik deyil” - Anar

   “Elza Seyidcahan digər AYB üzvlərindən əskik deyil” -    Anar
  05 İyul 2023    Oxunub:1757
Bu günlərdə Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilməsi müzakirələrə səbəb olub.
AYB sədri Xalq yazıçısı Anar ötən gündən bəri danışılan məsələyə münasibət bildirib:

“Biz nə ediriksə, tənqid edirlər də. Onsuz da qəbul etsək də, etməsək də, tənqid edirlər. Etsinlər də, ayrı işləri yoxdur…”, - o deyib.

Anar E. Seyidcahanın yaradıcılığını belə qiymətləndirib: “O birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan… Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik”.

Xalq yazıçısı yeni üzvün bəstəkar olmasına belə münasibət bildirib: “O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı”. (Yeni Müsavat)

AzVision.az


Teqlər: Anar  



Xəbər lenti