Füzulidə ANAMA əməkdaşları qəzaya düşdü: 4 nəfər xəsarət alıb

   Füzulidə ANAMA əməkdaşları qəzaya düşdü:    4 nəfər xəsarət alıb
  05 İyul 2023    Oxunub:1069
Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb, 4 nəfər xəsarət alıb.
Bu barədə AzVision.az -a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 5-də rayonun Kurdmahmudlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Orxan Məhərrəmov, Ceyhun Hacıyev, Afiq Aslanov və Elnur Əhmədov xəsarət alıb.

Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

"Qəza iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti