"İbtidai sinif müəllimlərinin 223 nəfəri 0-9 bal toplayıb" - Nazir

   "İbtidai sinif müəllimlərinin 223 nəfəri 0-9 bal toplayıb" -    Nazir
  06 İyul 2023    Oxunub:1262
“İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin əmrullayev deyib. Onun sözlərinə görə, prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır:

"Sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb.

E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti