"İç və dış siyasəti eyni dərəcədə yaramaz olan Fransa hansı xidmətinə görə oradadır?" - Deputat

   "İç və dış siyasəti eyni dərəcədə yaramaz olan Fransa hansı xidmətinə görə oradadır?" -    Deputat
  06 İyul 2023    Oxunub:991
"Dövlət başçımızın BMT-nin Təhlükəsizlik Şurasını keçmişin qalığı adlandırması, onun tərkibinin genişləndirilməli olduğunu bildirməsi, orada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqına sədrlik edən ölkələrin veto hüququ ilə rotasiya əsasında yer almaları təşəbbüsü məncə, nə qədər ədalətlidirsə, bir o qədər də aktualdır".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin millət vəkili Sahib Alıyev deyib.

Deputat prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə səsləndirdiyi geosiyasi xarakterli 4 məsələyə toxunub.

"Onlardan biri Avropada müqəddəs Quranın yandırılmasının ifadə azadlığı kimi təbliğ edilməsini, islamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərini kəskin tənqid idi. Bu islamafob hərəkətlərlə bir zamanlar işğal altında olmuş torpaqlarımızdakı 67 məsciddən 65-nin darmadağın edilməsi əslində eyni zehniyyətin əlamətləridir. Cənab İlham Əliyevin bu çıxışını dinləyənlərin arasında rəsmi adında “islam” sözü olan, amma həmən vəhşiliyi törədən Ermənistana hər cür dəstək verən bir ölkənin xarici işlər naziri də vardı, bilmirəm həmən an o, nə hisslər keçirirdi.

Başında ölkəsindəki müsəlman icmasını “etnik aparteid” adlandıran Makron kimi bir məsuliyyətsizin durduğu ölkənin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri arasında boy göstərdiyi halda orada islam dünyasının bir təmsilçisinin belə olmaması, əlbəttə, böyük ədalətsizlikdir. İç və dış siyasəti eyni dərəcədə yaramaz olan Fransa hansı xidmətinə görə oradadır? Bu o dövlət deyilmi ki, oradakı milli azlıqların hüquqları tanınmır, onlar seqraqasiyaya uyğrayır, gettolarda yaşayır və ötən həftə 17 yaşlı bir əlcəzairlinin öldürüldüyü kimi, addımbaşı polis vəhşiliyi ilə üzləşirlər.

Cənab İlham Əliyevin Fransa və onun prezidenti haqda diplomatik təcrübədə elə də çox rast gəlinməyən dünənki sərt tənqidinin, həmən dövləti neokolonializm siyasətinə son qoymağa çağırmasının və ən əsası bu siyasətdən əziyyət çəkən dənizaşırı ərazilərin təmsilçilərinin də Bakıdakı görüşə dəvət edilmələrinin nə demək olduğunu yəqin açıqlamağa ehtiyac yoxdur.

Sonda onu deyim ki, mən Prezidentimizin Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları tələbinin də geosiyasi xarakter daşıdığı düşüncəsindəyəm. Çünki bu tələbin hədəfi təkcə separatçı ünsürlər və Ermənistan yox, həm də, qanunsuz silahlı birləşmələrdən proksi kimi faydalananlar idi.

Ali Baş Komandanımızın beynəlxalq auditoriya qarşısında məncə, bu son xəbərdarlığı hədə-qorxu yox, qan tökülməsini istəməyən bir dövlətin sülhə israrlı çağırışı, dünyaya isə baş verə biləcək toqquşmada kimin məsuliyyət daşıdığını anlatmaq idi".

AzVision.az


Teqlər:



Xəbər lenti