Lənkəranda ana və körpəsi doğuş zamanı ölüb
"Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır".
***
Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə gecə saatlarında Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
AzVision.az xəbər verir ki, ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.
Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə Mərkəzi ittiham edirlər. Körpənin barəsində isə hələlik məlumat yoxdur.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 3 il ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı ölüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


