Sabah 42 dərəcə isti olacaq

   Sabah 42 dərəcə isti olacaq
  08 İyul 2023    Oxunub:1282
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti