Şabranda dağlıq ərazidə başlayan yanğına 2 helikopter cəlb edilib

      Şabranda     dağlıq ərazidə başlayan yanğına 2 helikopter cəlb edilib
  08 İyul 2023    Oxunub:1396
Şabranda mürəkkəb relyefli ərazidə yanğın başlayıb, 2 helikopter cəlb olunub
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Şabran   Yanğın  



Xəbər lenti