"Kimlərinsə sözləri ilə deyil, öz milli maraqlarımızla siyasətimizi aparırıq" - Bayramov

   "Kimlərinsə sözləri ilə deyil, öz milli maraqlarımızla siyasətimizi aparırıq" -    Bayramov
  09 İyul 2023    Oxunub:1111
"Otuz illik işğal dövründə, həmçinin Vətən müharibəsindən sonra müxtəlif bəyanatlar və çağırışlar eşitmişik. Təbii ki, onları eşitmək lazımdır, təhlil etmək vacibdir və biz də bunu edirik, hər birinə adekvat reaksiya veririk".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həlli üçün Azərbaycan tərəfi öz sistemli tədbirlərini görməlidir və görür. Beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün Azərbaycan dövlətinin özünün konkret baxışı var. Biz kimlərinsə çağırışı və ya sözləri ilə deyil, öz milli maraqlarımıza əsaslanaraq siyasətimizi aparırıq. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək", - deyə nazir diqqətə çatdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti