Ağcabədidə toyda 34 nəfər zəhərləndi: Birinin vəziyyəti ağırdır - YENİLƏNİB

   Ağcabədidə toyda 34 nəfər zəhərləndi:  Birinin vəziyyəti ağırdır - YENİLƏNİB
  10 İyul 2023    Oxunub:1155
Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.
Bu barədə AzVision.azın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

***
Ağcabədi rayonu Rəncbərlər kəndində toy məclisində baş verən zəhərlənmə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

AQTA-da AzVision.az -a verilən məlumat görə, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti