Azərbaycan peykini orbitə İsrail şirkəti çıxaracaq
“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: “Tenderdə Avropa, Asiya və ABŞ-dən 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.
Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki “Azersky” dizayn edilmiş istismar müddətindən bir il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


