Baş nazirinin müavini Çin səfiri ilə görüşüb

Baş nazirinin müavini Çin səfiri ilə görüşüb
  11 İyul 2023    Oxunub:1026
Baş nazirin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti