İrəvan atəşkəsi pozub, ordumuzun hərbçisi yaralanıb

      İrəvan atəşkəsi pozub,   ordumuzun hərbçisi yaralanıb
  11 İyul 2023    Oxunub:850
İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: Atəşkəs  



Xəbər lenti