Bu il aşkarlanan narkomanların sayı açıqlandı

   Bu il aşkarlanan narkomanların sayı açıqlandı
  12 İyul 2023    Oxunub:1002
2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilib.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti