Təhlükəli qida məsulları açıq reyestrdə qeyd olunacaq

   Təhlükəli qida məsulları açıq reyestrdə qeyd olunacaq
  12 İyul 2023    Oxunub:1308
"Gələn həftədən etibarən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri fəaliyyətə başlayacaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilkin olaraq təhlükəli hesab edilən məhsulların siyahısının reysterdə yerləşdirilməsi təmin olunacaq:

"Məhsulun istehlaka yararsız olması təhlükəli hallar reyestrində əksini tapması demək deyil. Lakin məhsulun tərkibində insan sağlamlığı üçün təhlükəli nəsə olarsa, bu barədə məlumat reyestrdə olacaq".

Q.Təhməzli deyib ki, artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir.

"Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir. “Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qida   Təhülkəli  



Xəbər lenti