"Qarpızdan zəhərlənmə mümkün deyil" - Sədr

   "Qarpızdan zəhərlənmə mümkün deyil" -    Sədr
  12 İyul 2023    Oxunub:1662
"Bu gün ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qarpızdan zəhərlənmə ancaq kimyəvi ola bilər:

"Qarpızdan vizual əlamətləri ortaya çıxan zəhərlənmə olmur. Çünki bu məhsul mədə-bağırsaq pozuntuları edəcək zəhərlənmə deyil. O zaman ola bilər ki, pestisid artıq vurulsun. Qarpız spesifik bitkidir və tərkibində elə kompenentlər var ki, yağlı məhsullarla qarışanda ciddi problem yaradırlar. Onu uyğunsuz olan qida məhsullarla ilə qəbul etmək olmaz. Qarpızdan zəhərlənmə mümkün deyil".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarpız  



Xəbər lenti