Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

   Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək
  14 İyul 2023    Oxunub:757
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.
Bu barədə AzVision.az Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

AzVision.az


Teqlər: Brussel  



Xəbər lenti