Bu dərmanların satışına qadağa qoyulur
Qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.
Həmçinin, tibb müəssisələrinin dərman satışı ilə bağlı yeni qadağa müəyyən edilir. Dəyişikliyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.
Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
AzVision.az
Teqlər: Dərman







Vaxtında, Aydın, Lazımlı!


