Sabirabadda TIR yoldan çıxaraq kanala aşıb - FOTO

   Sabirabadda TIR yoldan çıxaraq kanala aşıb -    FOTO
  16 İyul 2023    Oxunub:1852
Sabirabadda "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb. Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti