Bakının bəzi yollarında sürət həddi azaldıldı

   Bakının bəzi yollarında sürət həddi azaldıldı
  17 İyul 2023    Oxunub:927
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti