Messinin təqdimatında stadion tam doldu - Video

   Messinin təqdimatında stadion tam doldu -    Video
  17 İyul 2023    Oxunub:1143
"İnter Mayami" yeni transferləri Lionel Messi və Serxio Busketsin təqdimatını keçirib.
AzVision.az xəbər verir ki, təqdimat klubun stadionunda təşkil olunub. Təqdimatda arenanın tribunaları azarkeşlərlə tam dolub.

Mərasimdə "İnter Mayami"nin sahiblərindən olan Devid Bekhem və baş məşqçi Xerardo Martino da iştirak edib.

Qeyd edək ki, Mayamidə hava şəraitinin pisləşməsinə görə mərasim nəzərdə tutulandan 2 saat gec başlayıb.



AzVision.az


Teqlər: Messi  



Xəbər lenti