Yolda sürət həddini aşmağa görə cərimələr artırıldı

   Yolda sürət həddini aşmağa görə cərimələr artırıldı
  17 İyul 2023    Oxunub:870
Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin əvvəlki variantı aşağıdakı kimidir: Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti