Finlandiyadan Rusiya Baş Konsulluğuna kottec qadağası

   Finlandiyadan Rusiya Baş Konsulluğuna kottec qadağası
  20 İyul 2023    Oxunub:1063
Finlandiyanın Turku şəhərinin hakimiyyət orqanları Rusiyanın Baş Konsulluğuna Kakskerra adasındakı kottecdən istifadəni qadağan edib.
Bu barədə şəhər meri Minna Arve öz Twitter səhifəsində məlumat verib.

"Müqaviləyə xitam məktubu dərhal göndəriləcək",- deyə mer yazıb. Eyni zamanda, bir ay əvvəl Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilinə səfirliyin 9 əməkdaşının Helsinkiyə göndərilməsi barədə məlumat verib.

Bu, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri ilə bağlı ilk belə hal deyil. İyunun 14-də Avstraliya hökuməti Rusiyanın Kanberradakı səfirliyi üçün nəzərdə tutulmuş torpaq sahəsinin icarəsinə xitam verilməsi haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avstraliyanın bu məsələ ilə bağlı hərəkətləri pis niyyətdir və ali qanun prinsipinə etinasızlıq nümayiş etdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Finlandiya   Rusiya  



Xəbər lenti