Ordumuzun Xəzər təlimlərində terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra edilib - FOTOLAR

Ordumuzun Xəzər təlimlərində terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra edilib    - FOTOLAR
  21 İyul 2023    Oxunub:1274
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.

AzVision.az

Qalereya




Teqlər: Təlim  



Xəbər lenti