Bakıda avtobus yandı

   Bakıda avtobus yandı
  21 İyul 2023    Oxunub:1296
Bakıda avtobus yanıb.
Daxil İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.



AzVision.az


Teqlər:



Xəbər lenti