"Atamın səhhətində problem var” - Qubad İbadoğlunun qızı

   "Atamın səhhətində problem var” -    Qubad İbadoğlunun qızı
  24 İyul 2023    Oxunub:2354
Dünən polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının səhhətində problemlər olduğunu bildirib.
Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb - YENİLƏNİB
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan J.Bayramova atasının yüksək təzyiq və şəkəri olduğunu bildirib:

"Atama dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər”.

Qeyd edək ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

AzVision.az


Teqlər:   Qubadİbadoğlu  



Xəbər lenti