MSN-in zavodunda partlayış: Ölən və yaralı var

 MSN-in zavodunda partlayış:  Ölən və yaralı var
  24 İyul 2023    Oxunub:1341
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti