Yeni loqo sosial şəbəkənin yükləmə səhifəsində və veb versiyada əsas səhifədə göstərilir. Eyni zamanda, sosial şəbəkə hələ də “Tviter” adlanır və x.com domeni istifadəçiləri avtomatik olaraq “Tviter” saytına yönləndirir.
Xatırladaq ki, iyun ayında sosial şəbəkənin sahibi İlon Mask “Tviter”in adını X olaraq dəyişmək planlarını açıqlamışdı.
Mask öz səhifəsində yeni loqonun proyeksiyası ilə şirkətin baş ofisinin fotosunu yerləşdirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


