Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib

   Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib
  24 İyul 2023    Oxunub:806
Zaqatalada itkin düşən yerli turistlərin yeri müəyyənləşib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti