"Tapılan turistlərin vəziyyətləri stabildir" - TƏBİB

   "Tapılan turistlərin vəziyyətləri stabildir" -    TƏBİB
  25 İyul 2023    Oxunub:919
Zaqatala rayonunda dağlıq-meşəlik ərazidən təxliyə olunan turistlərin vəziyyətləri stabildir.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.
Səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini - Əli Əlizadə və Əbdül Rzayev təxliyə olunub.

TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laborator, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya qarşı yardım edilir.

Əbdül Rzayevə aşıq baldır oynağının əziyi diaqnozu ilə tibbi yardım göstərilib.

Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Həkim müşahidəsi altındadırlar.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti