Bakı sakini xilas edildi

Bakı sakini xilas edildi
  07 İyun 2014    Oxunub:875
Mənzildə halsız vəziyyətdə aşkarlanmış Bakı sakini xilas edilib.
AzVision.az-ın məlumatına görə, Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanına enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti