Türkiyəli nazir Azərbaycanı təbrik edib

   Türkiyəli nazir Azərbaycanı təbrik edib
  07 Sentyabr 2023    Oxunub:980
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Qarabağ Zəfərinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə o, sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. Qonaq Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşünün önəmini qeyd edərək deyib:

"Hörmətli cənab Prezident, hüzurunuzda olmaqdan duyduğum məmnuniyyəti bir daha ifadə edir, bu sıx qrafikinizdə bizə vaxt ayırdığınız üçün təşəkkürlərimi bildirirəm. Həmçinin yaxınlaşmaqda olan Qarabağ Zəfərimizin ildönümü münasibətilə qardaş Azərbaycanımızı təbrik edir, şəhidlik zirvəsinə yüksəlmiş bütün azərbaycanlı qardaşlarımızı rəhmət və minnətlə anıram".

AzVision.az


Teqlər:



Xəbər lenti