Özünü prokurorluğun binasından atan polislə bağlı açıqlama
Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova müqavilə əsasında xidmət göstərən vəkili Emin Atabəy oğlu Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


