Azərbaycan səfiri erməni diplomata cavab verib
V.Sadıqov vurğulayıb ki, Ermənistanın cinayətkar, qanunazidd əməllərinin siyahısı hazırda işlənmə mərhələsindədir: “Uzun siyahı tezliklə təqdim olunmağı gözləyir. Biz dediyimizi edirik”.
Səfir Ermənistanın cinayətkar əməllərinin bir neçəsini nümunə olaraq da göstərib: “O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;
- 1990-1992-ci illərdə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” bölgəsindən 50 000 azərbaycanlının etnik təmizləməyə məruz qalması, onlardan yüzlərləsinin erməni silahlıları tərəfindən öldürülməsi;
- 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kv. km) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);
- Azərbaycanın Qarabağ ərazisindən kənarda işğal olunmuş 7 rayonundan 700 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;
- 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi (Ruandadan 2 il əvvəl və Srebrenitsa soyqırımlarından 3 il əvvəl)”.
V.Sadıqov Azərbaycanın ərazilərini işğaldan azad etməsinə də diqqət çəkib: “2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


