Sumqayıtdakı zavodlardan birində radioaktiv maddə aşkarlanıb

 Sumqayıtdakı zavodlardan birində radioaktiv maddə aşkarlanıb
  09 Sentyabr 2023    Oxunub:1314
Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.
AzVision.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Ərazi mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

AzVision.az



Teqlər: Sumqayıt   Radiasiya  



Xəbər lenti