Qarabağ erməniləri Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəklərini bildiriblər

   Qarabağ erməniləri   Ağdam-Xankəndi yolu    üzərindən yük qəbul edəcəklərini bildiriblər
  09 Sentyabr 2023    Oxunub:1766
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.

AzVision.az



Teqlər: Qarabağ   Separatçılar   AğdamXankəndiYolu   Yük  



Xəbər lenti