Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib

   Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib
  10 Sentyabr 2023    Oxunub:1272
Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib.
Bu barədə AzVision.az nazirliyin saytına istinadən xəbər verir.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti