Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili 12 saatdır ki, Bərdədə dayanır
Lakin axşam saatları olmasına baxmayaraq, hələ də keçid baş tutmayıb. Artıq 12 sata çatır ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir. Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın Sərhəd Buraxılş Məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxaql qızıl xaç komitəsinin bir tırı hazır dayanır. Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir tırı parallel olaraq həm də, Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər. Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


