Qanunsuz erməni silahlıları səngərlər qazmağa cəhd göstəriblər

   Qanunsuz erməni silahlıları səngərlər qazmağa cəhd göstəriblər
  11 Sentyabr 2023    Oxunub:1479
Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti