Masallının 13 yaşayış məntəqəsində qaz yoxdur

Masallının 13 yaşayış məntəqəsində qaz yoxdur
  11 Sentyabr 2023    Oxunub:1150
Bu gün qaz xəttinin zədələnməsi nəticəsində Masallı rayonunun 13 yaşayış məntəqəsinin (14 min abonent) qaz təchizatında fasilə yaranıb.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti