"Tərəfdaşlarını əzən Qərbin heç bir dostu yoxdur" - Putin

   "Tərəfdaşlarını əzən Qərbin heç bir dostu yoxdur" -    Putin
  12 Sentyabr 2023    Oxunub:1528
"Xarici siyasətdə Qərbin etdiyi kimi başqa ölkələrin maraqlarına zidd heç nə edə bilməzsiniz. Tərəfdaşlarını əzən Qərbin heç bir dostu yoxdur".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Xarici siyasətdə başqa xalqların maraqlarına açıq şəkildə zidd olan heç bir şey etmək olmaz.
Ancaq bu gün Qərbin aparıcı ölkələri, xüsusi ilə də ABŞ başqalarının bostanına girir. Bu gün onlar öz müttəfiqlərinə və qondarma partnyorlarına təzyiq göstərirlər. Onların dostları yoxdur, sadəcə maraqları var”, - deyə Putin bildirib.

O əlavə edib ki, Rusiya öz növbəsində uzun illər əvvəl yardım göstərdiyi ölkələrdə öz mövqelərini bərpa etməkdə heç bir çətinlik görmür.



AzVision.az


Teqlər:



Xəbər lenti