“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!
Korporativ abunəçilərin təyin etdiyi məsul şəxslər platformanın çoxçeşidli özünəxidmət funksiyalarından yararlana bilərlər. Özündə korporativ yönümlülük və fuksionallıq, xüsusi dizayna malik interfeys və bir çox digər üstünlükləri cəmləşdirən “Azercell Biznes” şirkət hesabında olan nömrələrə vahid məkandan nəzarət etmək və müxtəlif əməliyyatları yerinə yetirmək imkanı verir.
-Korporativ yönümlülük və funksionallıq :
-Bir istifadəçi identifikatoru ilə bir və ya bir neçə şirkətin hesabını idarə etmək imkanı;
-Fərdiləşdirilmiş filtrləmə, qruplaşdırma və axtarış seçimləri ilə maliyyə hesabatları daxil olmaqla şirkət nömrələrinə aid bütün məlumatları real vaxt rejimində izləmək imkanı;
-Hesab fakturaların əldə edilməsi, internet paketlərin dəyişdirilməsi, nömrələrin rabitə, beynəlxalq və rouminq xəttinin açılması/bağlanması və bir sıra digər əməliyyatların tətbiq üzərindən icrası.
-Bütün əməliyyat sistemlərini dəstəkləyən adaptiv dizayn:
-Bütün əməliyyat sistemlərini dəstəkləyən interfeys və adaptiv dizayn platformanın həm tətbiq, həm veb versiyalarından istənilən cihaz və ya planşetdə istifadə etməyi mümkün edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


